AZ

Özbəkistan orta şəhərlərin inkişafı üzrə AİİB ilə birgə proqramların icrasına başlayıb - Mirziyoyev

Özbəkistan orta şəhərlərin inkişafı üzrə AİİB ilə birgə bir sıra proqramlar həyata keçirməyə başlayıb.

Olaylar xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) İdarə Heyətinin illik toplantısında deyib.

"AİİB ilə əməkdaşlıq çərçivəsində orta şəhərlərin inkişafı üzrə 200 milyon dollar dəyərində və kənd infrastrukturunun yaxşılaşdırılması üzrə 130 milyon dollar dəyərində layihələr başlanılıb. Mən AİİB və digər tərəfdaşlarla belə infrastruktur layihələrinin genişləndirilməsinə əminəm", - o qeyd edib.

Bundan əlavə, dövlət rəhbərinin sözlərinə görə, yaxın 5 il ərzində elektrik, su və qaz paylama şəbəkələri özəl operatorların nəzarəti altına keçəcək. Məsələn, 50-dən çox iri xarici şirkət Səmərqənd vilayətinin elektrik şəbəkələrinin idarə olunması üzrə tenderdə iştiraka maraq göstərib.

"Ölkədə hər il 100 mindən çox ev tikilir. Daşkənd, Səmərqənd, Namanqan və Əndican kimi böyük şəhərlərdə, eləcə də, regional mərkəzlərdə "Yeni Özbəkistan" şəhərciklərinin yaradılması üçün böyük layihələr həyata keçirilir", - Prezident Şavkat Mirziyoyev əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
1
olaylar.az

2Mənbələr