AZ

Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək

“Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikinti altına düşən yaşıllıqlar köçürüləcək”.

Yenicag.az xəbər verir ki, bunu “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

O qeyd edib ki, tikini altına düşən 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ətraf ərazilərinə köçürüləcək: “Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikini zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetri yaşıllıqlardan ibarət olan, 3,5 hektar ərazini əhatə edən park tikilir. Parkdakı ağaclar Bakının iqliminə uyğun növlərdir”, – deyə A.İsmayılov bildirib.

 

Seçilən
2
25
yenicag.az

10Mənbələr