AZ

Xətai rayonundakı yanğında avtomobillər yanıb, bir nəfər xəsarət alıb

Bakının Xətai rayonunda baş verən güclü yanğın davam edir. 13:30-da başlayan yanğın barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə məlumat daxil olub.

NOCOMMENT.az BAKU.WS-ə istinadən xəbər verir ki, hazırda BAKU.TV-nin çəkiliş qrupu hadisə yerindədir. Verilən məlumata görə, yaxınlıqda avtomobillər yanaraq külə dönüb və yanğın nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə yerinə 6 təcili tibbi yardım cəlb edilib. Hazırda ərazidə FHN işini davam etdirir.

Seçilən
0
1
nocomment.az

2Mənbələr