AZ

Paytaxt Bakıdan köçürülə bilərmi?

Paytaxt Bakıda tıxacın, sıxlığın artması, şəhərin artan yükü fonunda məhdudlaşan hərəkət zəruri addımların atılmasını təşviq edir. Paytaxtın dəyişdirilməsi optimal addım kimi dəyərləndirilir. Bu qərarın illər öncə verilməli olmasından danışılır. Hətta ehtimal yeni paytaxt kimi Gəncə, Yevlax, Xankəndi və s. şəhərlərin adı çəkilir. Paytaxtın dəyişdirilməsi dünya praktikasında var. Bunun üçün Qazaxıstan nümunəsi əsas göstərilir.

Bəs, ekspertlər paytaxtın dəyişdirilməsi məsələsi ilə bağlı nə düşünür?

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli qeyd edir ki, coğrafi yerləşməsi, infrastrukturu, əhali sıxlığı, nəqliyyatı Bakını  yaşanılacaq şəhərlər sırasından çıxarıb. Bəs, paytaxt hansı şəhər olmalıdır?

"İlk baxışdan və bir sıra milli təhlükəsizlik aspektlərinə görə Gəncə ilk yerdə dayanır. Daha sonra müəyyən (izahı var) gələcək səbəblərdən Şəki, Abşeron yarımadasından baxdıqda isə qismən Sumqayıt uyğun kimi görünür. Lakin alternativ olaraq, Kürdəmir, Yevlax, Ağdam da uyğun görünə bilər. Bəs, hansı ölkələr paytaxtlarını dəyişib və bu o ölkələrin gücünə necə təsir edib?
Açığı, Braziliya, Qazaxıstan, Nigeriya çox uğurlu yanaşmalar ortaya qoyublar. 
Hazırda İran müzakirələr aparır, Misir Qahirəni tərk etməyə hazırlaşır, bundan başqa Sankt - Peterburq, İstanbul kimi tarixi təcrübələr də var.
Ən əsası, Bakı artıq heç nəyinə görə cazibədar deyil, ölkəmizin gözəl şəhərləri, torpaqları və orda yaşamağa layiq insanları var. Bütün iri aqlomerasiyaların olduğu kimi, Bakı sakinləri də artıq xəstədir - nəfəs yolları, ürək-damar, səs-küy, psixoloji, allergik və  s. statistika tavana vurur".

Siyasi şərhçi Elçin Xalidbəyli qeyd edir ki, Azərbaycan paytaxtının dəyişdirilməsi ilə bağlı uzun illərdən bəri müxtəlif ideyalar mövcuddur və vaxtaşırı da səsləndirilib:

"İndiki situasiyada bu ideyanın reallaşdırılması o qədər də asan məsələ deyil, çünki Azərbaycan hazırda işğaldan azad olunmuş ərazilərdə həyatın bərpa olunması prosesi ilə məşğuldur. Ora milyardlarla xərc çəkir, tikinti işləri davam edir, infrastruktur qurulur, dövlət orqanlarının fəaliyyəti bərpa olunur. Azərbaycan hələ bir müddət ölkənin işğaldan azad olunmuş ərazilərinin bərpa olunması ilə məşğul olmalı olacaq və ora dövlət büdcəsindən ayırmalar lazım gələcək. Bu səbəbdən paytaxtın köçürülməsi ilə bağlı ideyanın yaxın vaxtlarda reallaşma ehtimalı o qədər də inandırıcı görünmür. Nəzərə almaq lazımdır ki, bir ölkənin paytaxtının başqa şəhərə köçürülməsi külli miqdarda xərc tələb edən məsələdir. Paytaxt infrastrukturunun ölkənin başqa bir şəhərində yaradılması, dövlət strukturlarının fəaliyyətinin təmin olunması üçün bütün şəraitin yaradılması külli miqdarda xərc tələb edən prosesdir. Ona görə də Azərbaycanın paralel olaraq iki istiqamətdə nəhəng maliyyə ayırmasına həvəs göstərəcəyi o qədər də inandırıcı deyil. Digər tərəfdən, Bakıya alternativ paytaxt tapmaq da bir az çətin məsələdir. Bəzi ehtimallara görə, bu funksiyaların yerinə yetirilməsi baxımından, yəni Azərbaycan dövlətinin paytaxtı olma ehtimalı baxımından ən öndə görünən şəhər Gəncə şəhəridir. Dövlətin rəhbərliyinin bu məsələlərə bağlı necə qərar verəcəyi hələlik məlum deyil və biz, rəsmi dairələrdən bu barədə konkret bir niyyət, hədəf, qərar barədə hər hansısa açıqlama eşitməmişik."

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, siyasi şərhçi Xəyal Bəşirov qeyd edir ki, paytaxt Bakının yüklənməsi ilə bağlı məsələ bu günün gündəmi deyil:

"Bakı regionlarımızdan olan insanların bura yığılması, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ümumiyyətlə xarici vətəndaşların, turistlərin diqqətində olması baxımından çox ciddi yüklənib. Təbii ki, bütün istiqamətlərdə özünü göstərir. Sadəcə şəhərə addım atdığımız andan şəhərin həm insanlarla, həm də avtomobillərlə bağlı hansı sıxlığa sahib olduğunu görə bilirik. Təbii ki, bu vəziyyətdən çıxmağın müxtəlif yolları var. Düşünürəm ki, paytaxın köçürülməsi məsələsi ən son variant kimi nəzərdən keçirilə bilər. Buna qədər kifayət qədər dünya nümunələri var ki, bu sıxlığın aradan qaldırılması istiqamətində addımlar atılsın. Bakı şəhərində tikililərlə bağlı nəzarətin daha da gücləndirilməsi, yolların vəziyyət ilə bağlı, eyni zamanda şəhərə köçün müəyyən mənada nəzarət altında saxlanması, təhsil müəssisələrinin və daha çox insanların gediş-gəlişinə səbəb olan digər obyektlərin paytaxdan mümkün qədər kənara çıxarılması - ən azı paytaxtın ətraflarına köçürülməsi məsələləri reallaşdırıla bilər ki, bu da problemin həllinə gətirib çıxara bilər. Ümumilikdə götürəndə bütün strateji obyektlər, bütün dövlət qurumları, təhsil müəssisələrinin əksəriyyətinin Bakı şəhərində toplanması da bu prosesə ciddi təsir göstərir. Nəzərə alaq ki, şəhərin bir tərəfi dəniz, bir tərəfi quru olduğuna görə, şəhərdən çıxışın da bir neçə istiqamətdə olması zəruriyyəti yaranır. Bakı şəhərini götürəndə, sağ tərəfində Xəzər dənizi yerləşdiyinə görə, sağdan çıxış yoxdur. Bu amilləri də nəzərə almaq lazımdır. Bir zamanlar dənizin üzərindən yol çəkilməsi məsələsi gündəmə gəlmişdi. Paytaxtın köçürülməsi ən son variantdır. Bu, sadə bir proses deyil. Paytaxtın köçürülməsi dövlət qurumlarının da köçürülməsi deməkdir ki bu, həm maliyyə, həm də böyük vaxt tələb edəcək. Biz nəzərə alsaq ki, bu gün Azərbaycan dövləti bir sıra addımlar atır, geniş quruculuq, bərpa işləri həyata keçirir, azad olunmuş ərazilərlə bağlı maliyyə resursları səfərbər olunub. Bütün bu amillərlə paralel şəkildə paytaxtın köçürülməsi məsələsi o qədər də rahat görünməməlidir. Hər halda düşünürəm ki, bu çətinliklərlə bağlı  hansısa addımlar atılması da zəruridir. Biz bunu gözləyirik. Yəqin ki, dövlətin səlahiyyətinə aid olan bu məsələ  hansısa istiqamətdə həlli yolu olacaq və bu istiqamətdə addımlar atılacaq".

Siyasi şərhçi Zeynal Əmrəliyevin fikirlərinə görə, paytaxtı köçürmək lazım deyil:

"Qarabağda bərpa prosesi gedir, həmçinin Xırdalan, Masazır kimi Bakıya yaxın bölgələrdə də yenidən canlanma var. Şəhərdəki mühüm obyektləri, əsas da özəl şirkətləri, zavodları, ali məktəbləri şəhərdən çıxarmaq lazımdı. Ümumiyyətlə, dövlət binalarından başqa nə varsa, hamısını kənara, əsas da Qarabağa köçürmək lazımdı. Bu mənasız plazalar, ticarət mərkəzləri, şirkətlər, anbarlar Bakıda nəyə lazımdı? Düşünürəm ki, Bakı Dövlət Universitetindən başqa bütün ali məktəbləri başqa yerlərə köçürmək lazımdır. Məsələn  Azərbaycan Milli Konservatoriyasının yeri Şuşadır. Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatalaya köçürülə bilər. ADNSU niyə Pirallahıda yox, şəhərin mərkəzində yerləşir?
Paytaxtı dəyişmək yox, köçürmələr etmək lazımdır".

Bəs hansı ölkələr paytaxtlarını dəyişib və bu o ölkələrin gücünə necə təsir edib? 

Dünyada paytaxtını dəyişən ölkələr müxtəlif səbəblərdən bu qərarı veriblər: iqtisadiyyat, təhlükəsizlik, coğrafi mövqe, əhali sıxlığı və siyasi strategiyalar kimi amillər buna təsir edib. Bu dəyişikliklər çox zaman ölkənin daxili inkişafına və beynəlxalq imicinə əhəmiyyətli təsir göstərir.

Belə ölkələrdən biri, hazırda ən çox nümunə göstərilən Braziliyadır. Braziliyanın paytaxtını dəyişməsi tarixi 1960-cı ildə gerçəkləşən mühüm hadisədir. Bu qərarın əsas məqsədlərindən biri ölkənin coğrafi və iqtisadi balansını yenidən qurmaq, əhalinin yalnız sahil bölgələrində cəmlənməsinin qarşısını almaq və ölkənin iç bölgələrinin inkişafını təmin etmək idi. Rio-de-Janeyro uzun illər Braziliyanın mədəni və iqtisadi mərkəzi kimi fəaliyyət göstərsə də, yeni bir paytaxtın qurulması siyasi strateji baxımdan zəruri sayıldı. Rio-de-Janeyro Braziliyanın sahil şəhəri olmaqla, bir çox üstünlüklərə malik idi, lakin bu şəhərin paytaxt funksiyalarını yerinə yetirməsi bəzi məhdudiyyətlər yaradırdı. Əhali sıxlığı, sosial bərabərsizlik və infrastruktura təzyiqlər bu bölgəni getdikcə daha çox gərginliyə məruz qoyurdu. Digər tərəfdən, Braziliya o dövrdə ölkənin daxili hissələrini inkişaf etdirmək istəyirdi. Ölkənin siyasi və iqtisadi gücünü yalnız sahil bölgələrində cəmləmək uzunmüddətli inkişaf üçün əlverişli sayılmırdı. Bu baxımdan, yeni bir paytaxtın mərkəzdə yerləşdirilməsi ilə Braziliyanın həm daxili ərazilərində, həm də periferiyasında iqtisadi və sosial inkişafın sürətlənməsi hədəflənirdi.

Braziliyada 1955-ci il prezident seçki kampaniyası zamanı namizəd Juselinu Kubiçek hakimiyyətə gələcəyi təqdirdə yeni paytaxt salınacağına dair vəd vermişdi. 1956-cı ilin aprelində o prezident seçildi və tezliklə yeni şəhərin layihələndirilməsi işləri başladı. Onun rəhbərliyi altında Brazilia layihəsi həyata keçirildi. Kubiçek Braziliyanı 50 ildə inkişaf etdirilməsi nəzərdə tutulan hədəflərə 5 il ərzində çatdırmağa dair iddialı bir proqram elan etmişdi. Onun "beşillik planı" çərçivəsində Brazilianın tikilməsi Braziliyanın modernləşmə, sənayeləşmə və texnoloji irəliləyiş sahələrində mühüm bir addım kimi görülürdü. Bu, həm də Kubiçekın "Desenvolvimento Econômico" (İqtisadi İnkişaf) adlı siyasətinin bir parçası idi.

Şəhərin baş planının hazırlanması memar Lusio Kostaya həvalə edildi. Bu işdə o Le Korbuzyenin ideyalarından istifadə etmişdi. İnzibati və ictimai binaların layihələndirilməsi isə memar Oskar Nimeyerə tapşırıldı. Yuxarıdan baxdıqda şəhər təyyarəyə bənzəsə də, Lusio Kosta şəhəri nəhəng kəpənək formasında layihələndirdiyini bildirmişdi. Əsas hökumət binaları, o cümlədən Prezident Sarayı (Palácio da Alvorada) və Milli Konqres binaları futuristik dizaynları ilə dünya memarlıq tarixində böyük nüfuz qazandı. Nimeyerin cəsarətli və modern memarlıq yanaşması şəhərə estetik baxımdan unikallıq qatdı.
Şəhərin coğrafi yerləşməsi də strateji idi. Brazilia Braziliyanın mərkəzində, daha az əhali sıxlığı olan bölgədə tikildi. Bu, ölkənin şimal, cənub və qərb hissələrini daha bərabər şəkildə iqtisadi və sosial inkişaf prosesinə daxil etmək məqsədi daşıyırdı. Brazilianın mərkəzi mövqeyi hökumətin ölkənin geniş ərazilərinə daha səmərəli nəzarət etməsinə və resursları daha balanslı şəkildə bölüşdürməsinə şərait yaratdı.

Brazilianın paytaxt kimi inşası və istifadəyə verilməsi ölkədə həm iqtisadi, həm də sosial transformasiyalara səbəb oldu. Əvvəlcə bu layihə çox böyük maliyyə xərclərini və sosial dəyişiklikləri tələb etdi. Şəhərin inşası zamanı bir çox işçi ölkənin müxtəlif bölgələrindən Braziliaya axın etdi, bu da qısa zamanda şəhərin əhali sayının sürətlə artmasına səbəb oldu. Əsasən kasıb işçilərdən ibarət olan bu yeni əhali təbəqəsi Braziliada müxtəlif çətinliklərlə üzləşsə də, bu dəyişiklik ölkə daxilində daxili miqrasiyaları təşviq etdi və Braziliyanın ərazisində əhali paylanmasını dəyişdirdi.
İqtisadi baxımdan isə Brazilia layihəsi Braziliyanın daxili ərazilərində yeni sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə təkan verdi. Bu, ölkənin daxili iqtisadi fəaliyyətlərini canlandırdı, yol şəbəkələrinin genişləndirilməsinə və nəqliyyat imkanlarının inkişafına səbəb oldu. Brazilia həm də Braziliyanın beynəlxalq imicinə müsbət təsir göstərdi. Yeni, futuristik bir paytaxtın inşası ölkənin modernləşmə yolunda olduğunu nümayiş etdirərək beynəlxalq miqyasda Braziliyanın yüksələn bir qüdrət kimi qəbul edilməsini gücləndirdi.

Brazilia Braziliya cəmiyyətində mədəni yeniliklər də gətirdi. Şəhərin modern və avanqard arxitekturası Braziliyanın gələcəyə yönəlmiş vizyonunu simvollaşdırırdı. Paytaxtın köçürülməsi ilə ölkənin siyasi qərar mərkəzi daha strateji bir bölgəyə keçdi. Hökumətin daha mərkəzdə yerləşməsi və regional problemlərlə daha yaxından məşğul olması mümkün oldu.

Nəticə etibarilə, Brazilianın paytaxt olaraq seçilməsi Braziliya üçün iqtisadi inkişaf, daxili bölgələrin canlanması, və mədəni dəyişikliklər baxımından müsbət nəticələr doğurdu. Bununla belə, bu proses həm də böyük sosial dəyişikliklərə, miqrasiyaya və maliyyə xərclərinə səbəb oldu. Lakin uzunmüddətli perspektivdə Brazilia qərarı Braziliyanın iqtisadi və siyasi gücünün daha bərabər şəkildə yayılmasına və ölkənin modernləşmə prosesində mühüm addımlar atmasına şərait yaratdı.

1997-ci ildə Qazaxıstan paytaxtını Almatıdan Astanaya (indiki Nur-Sultan) dəyişdi. Bu qərarın arxasında siyasi və strateji səbəblər dayanırdı. Astananın mərkəzi mövqeyi ölkənin iqtisadi və siyasi dinamikalarını yenidən qurmaq məqsədi daşıyırdı. Bu addım ölkənin yeni simvolu oldu və beynəlxalq əlaqələrini gücləndirdi.

Myanma: 2005-ci ildə Myanma hökuməti paytaxtını Rangundan Naypyidawa köçürdü. Bunun arxasında əsasən təhlükəsizlik və coğrafi mövqe amilləri dayanırdı. Rangun ölkənin cənub hissəsində yerləşdiyindən, Naypyidawın mərkəzi mövqeyi strateji üstünlük təmin edirdi.

Türkiyə: 1923-cü ildə Türkiyə paytaxtını İstanbuldən Ankaraya dəyişdi. İstanbulun Osmanlı dövrünün paytaxtı olması və sahil şəhəri kimi xarici təhdidlərə daha açıq olması bu dəyişikliyin səbəbləri arasında idi. Ankara daha mərkəzi mövqedə yerləşirdi və bu, yeni respublikanın modernləşmə və müstəqillik rəmzi kimi önə çıxdı.

İndoneziya: Hazırda İndoneziya hökuməti paytaxtını Cakartadan Borneo adasındakı Nusantara şəhərinə köçürməyi planlaşdırır. Əsas səbəblərdən biri Cakartanın əhali sıxlığından və iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin yüksəlməsindən təsirlənməsidir. Yeni paytaxtın köçürülməsi 2024-cü ilə planlaşdırılır və bu, ölkənin ekoloji və demoqrafik problemlərini həll etmək üçün bir cəhd kimi qiymətləndirilir.

Bu cür qərarlar həm ölkədaxili, həm də beynəlxalq səviyyədə iqtisadi, siyasi və sosial dəyişikliklərə səbəb olur. Paytaxtın köçürülməsi ölkəyə yeni perspektivlər, infrastruktur inkişafı və simvolik dəyişikliklər gətirsə də, böyük maliyyə və sosial yatırımlar tələb edir.

2005-ci ildə Myanma öz paytaxtını ən böyük şəhəri olan Rangundan Naypyidaya köçürdü. Bu qərar əvvəlcədən ictimaiyyətə elan edilmədən qəfil verildi və paytaxtın köçürülməsi dünyada böyük maraqla qarşılandı. Naypyida şəhəri Rangundan təxminən 320 kilometr şimalda yerləşir və tamamilə planlı şəkildə tikilib. Paytaxtın köçürülməsinin arxasında bir neçə əsas səbəb vardı.
Birincisi, təhlükəsizlik amili önəmli rol oynadı. Rangun bir sahil şəhəri olduğundan, potensial xarici hücumlara və təbii fəlakətlərə qarşı daha həssas idi. Naypyida isə ölkənin daha mərkəzində yerləşir və bu, hökumət orqanlarına xarici müdaxilələrdən daha uzaqda fəaliyyət göstərməyə imkan verir. Eyni zamanda, ölkənin mərkəzinə köçməklə hökumət resurslarının daha geniş əraziyə yayılması və nəzarətin gücləndirilməsi planlaşdırıldı.
İkincisi, Rangunun əhalisinin çox sıx olduğu və şəhərin infrastrukturunun bu əhali axınına cavab verə bilmədiyi müşahidə edilirdi. Yeni bir paytaxtın inşası bu yükü azaltmaq və daha modern bir infrastruktur yaratmaq üçün bir fürsət olaraq dəyərləndirildi. Naypyida geniş və müasir hökumət binaları, geniş magistral yollar və nisbətən az əhali sıxlığı ilə fərqlənir.
Bu köçürülmə nəticəsində hökumət strukturları Naypyida yerləşdirildi, lakin bir çox diplomatik nümayəndəlik və beynəlxalq təşkilat hələ də Rangunda qalır. Bu, həm də Naypyidanın qismən izolyasiya edilmiş xarakterini vurğulayır. Şəhər geniş yolları və dövlət binaları ilə diqqət çəksə də, əhalisinin az olması və sosial həyatın zəif inkişaf etməsi səbəbindən kritik yanaşmalara məruz qalır. Lakin Myanma hökuməti paytaxtın bu strategik köçürülməsinin uzunmüddətli fayda verəcəyinə inanır.

Türkiyə isə 1923-cü ildə paytaxtını İstanbuldən Ankaraya köçürdü. Bu qərarın əsas səbəbi İstanbulun Osmanlı İmperiyasının paytaxtı kimi qalmasının yeni yaranmış respublikanın modern və müasir hədəflərinə uyğun gəlməməsi idi. İstanbul, həm də strateji baxımdan xarici təhlükələrə daha çox məruz qala biləcək sahil şəhəri idi. Mustafa Kamal Atatürk və Türkiyə Respublikasının qurucu liderləri yeni paytaxtın daha mərkəzi və təhlükəsiz bir mövqedə olmasını istəyirdilər.
Ankara ölkənin mərkəzində yerləşdiyindən daha müdafiə ediləbilən bir mövqedə idi və həm daxili, həm də xarici təhlükələrdən daha yaxşı qorunurdu. Bu, yeni respublika üçün həyati önəm daşıyırdı, çünki Türkiyə Birinci Dünya Müharibəsindən və Osmanlı İmperiyasının dağılmasından sonra özünü yeni bir siyasi strukturda yenidən qururdu. Ankara həm də kiçik, amma strateji bir şəhər idi və bu, onu modernləşmə və sənayeləşmə üçün uyğun bir mərkəzə çevirdi. İstanbul imperiyanın paytaxtı kimi aristokratik bir şəhər olaraq qəbul edilirdi, Ankara isə yeni bir başlanğıcı, millətin həm coğrafi, həm də simvolik mərkəzini təmsil edirdi. Şəhər modern infrastrukturla təchiz olundu və qısa müddətdə hökumət binaları, universitetlər və mədəniyyət ocaqları ilə ölkənin intellektual və siyasi mərkəzinə çevrildi. Bu qərarın nəticələri həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətli oldu. Ankaranın paytaxt olaraq inkişafı şəhərin əhalisinin sürətlə artmasına və Türkiyənin sənaye və nəqliyyat sahələrində böyük irəliləyişlər əldə etməsinə səbəb oldu. Bununla belə, İstanbul ölkənin iqtisadi və mədəni mərkəzi kimi qalmağa davam etdi, bu da iki şəhərin müxtəlif sahələrdə qarşılıqlı şəkildə bir-birini tamamlaması ilə nəticələndi. 

Hazırda dünyanın ən çox əhalisi olan dördüncü ölkəsi İndoneziya planlaşdırılmamış urbanizasiya, nəqliyyat problemləri və təbii fəlakətlər səbəbindən paytaxtını Cakartadan Borneo adasındakı Nusantara şəhərinə köçürməyi planlaşdırır. Əsas səbəblərdən biri Cakartanın əhali sıxlığından və iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin yüksəlməsindən təsirlənməsidir. Yeni paytaxtın köçürülməsi 2024-cü ilə planlaşdırılır və bu, ölkənin ekoloji və demoqrafik problemlərini həll etmək üçün bir cəhd kimi qiymətləndirilir. Nusantara yalnız elektrikli avtomobillər üçün "ekoloji cəhətdən təmiz şəhər" kimi nəzərdə tutulub. Əgər şəhər planlaşdırıldığı kimi qurularsa, Cənub-Şərqi Asiyanın ilk "yaşıl paytaxt"ı kimi tarixə düşəcək. Paytaxtın köçürülməsi layihəsi təxminən 32 milyard dollara başa gələcək. 

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr