AZ

Milli Məclisin kollektivi şəhidlərin xatirəsini anıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Milli Məclis kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ziyarətdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatı rəhbərinin müavinləri, Aparatın və İşlər İdarəsinin şöbə müdirləri iştirak ediblər.

Ziyarət zamanı kollektiv tərəfindən Zəfər parkındakı xatirə daşının önünə tər güllər düzülüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb.

Seçilən
1
13
azertag.az

10Mənbələr