AZ

Xətai rayonundakı yanğında avtomobillər yanıb: Xəsarət alan var

Bakının Xətai rayonunda baş verən güclü yanğın davam edir. 13:30-da başlayan yanğın barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə məlumat daxil olub.

Titul.az xəbər verir ki, hazırda BAKU.TV-nin çəkiliş qrupu hadisə yerindədir. Verilən məlumata görə, yaxınlıqda avtomobillər yanaraq külə dönüb və yanğın nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə yerinə 6 təcili tibbi yardım cəlb edilib. Hazırda ərazidə FHN işini davam etdirir.

Qeyd edək ki, paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".

FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

Seçilən
6
1
titul.az

2Mənbələr