AZ

Nyu-Yorkda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forum keçirilib (FOTO)

Bakı. Trend:

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində sentyabrın25-də Nyu-Yorkda COP29 sədri qismində Azərbaycanın təşəbbüsü ilə“İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forum” keçirilib.

Trend xəbər verir ki,tədbirdə ümumilikdə 80-ə yaxın ölkə və beynəlxalq təşkilatlardanyüksək səviyyəli rəsmilər iştirak ediblər.

Forumun əsas məqsədi Paris Sazişi çərçivəsində yaradılanGenişləndirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olanİkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanma prosesinə dəstəkgöstərmək, bu istiqamətdə tərəf ölkələr ilə donor təşkilatlar vədigər maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirmək olub.

COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev açılışnitqində iqlim şəffaflığının əhəmiyyətinə toxunub, bu sahədə COP29Sədrliyi tərəfindən görülən işlər və qarşıda duran fəaliyyətplanları barədə iştirakçıları məlumatlandırıb.

O, bu il ilk dəfə təqdim ediləcək BTR-ların iqlim dəyişmələrisahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm roloynadığını bildirib. Bu xüsusda, COP29 Sədrliyi tərəfindən BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyivə digər tərəfdaşlar ilə birlikdə BTR-ların hazırlanması mövzusundaBakıda və dünyanın müxtəlif regionlarında təşkil edilən təlimseminarlarının əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində COP29-un iqlim şəffaflığı üzrə əsas irsihesab edilən və tərəf ölkələr arasında etimadın qurulmasına,BTR-ların hazırlanmasında potensialın artırılmasına yönəlmiş “BakıQlobal İqlim Şəffaflığı Platforması”nın (BTP) təqdimatı dakeçirilib.

COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyev çıxışında BTP-nin qlobaliqlim şəffaflığı prosesində mühüm bir platforma olacağınıvurğulayıb. O, BTP-nin əsas məqsədinin tərəf dövlətləri arasındainam və etimad yaratmaq, eləcə də inkişaf etməkdə olan ölkələrəBTR-lərin hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkləyanaşı, ETF-də universal iştirakı təşviq edərək şəffaflıqgündəliyini COP29-dan sonra da davam etdirmək olduğunu qeydedib.

Tədbir zamanı həmçinin COP29-un iqlim şəffaflığı üzrə təyinolunmuş yüksək səviyyəli cütlüyü olan Qazaxıstan RespublikasıPrezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləriüzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova və İtaliyanın İqlimdəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro tərəfindən iqlimşəffaflığı və BTR-larla bağlı sədrliyin yol xəritəsi və qarşıdaduran fəaliyyət planları təqdim olunub.

Tədbir çərçivəsində baş tutan panel müzakirələri zamanıYaponiya, Misir, Samoa, ABŞ, Türkiyə, İsveçrə, Almaniya, Fransa,Gürcüstan, Macarıstanın nazir və nazir müavinləri, iqlim üzrə başdanışıqçıları, eləcə də UNFCCC, BMT-nin İnkişaf Proqramı (UNDP),BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və İqtisadi Əməkdaşlıq vəİnkişaf Təşkilatının (OECD) yüksək səviyyəli nümayəndələri çıxışedərək iqlim şəffaflığı sahəsində COP29 Sədrliyinin töhfələrininmühüm əhəmiyyət kəsb etdiyini, eləcə də Bakı Qlobal İqlimŞəffaflığı Platformasına (BTP) dəstəklərini ifadə ediblər.

Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Seçilən
0
13
az.trend.az

10Mənbələr