AZ

Müəllim və tərbiyəçilərə bu cəzalar veriləcek

Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadə özəl uşaq bağçasında dünyasını dəyişib. İddialara görə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı mühüm rol oynayıb. Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyi müəyyən olub. Bəzən bağçalarda uşaqların nəzarətsiz qalması, onlara şiddət göstərilməsi kimi arzuolunmaz hallara da rast gəlirik. Halbuki valideynlər məhz onlara güvənib övladlarını əmanət edirlər. 

 

Bağçalarda pedaqoqların fəaliyyəti qənaətbəxşdirmi? Bu istiqamətdə hansı tədbirlərə ehtiyac var?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, Azərbaycanda uşaq bağçalarında baş verən faciəvi hadisələr, xüsusən də 2 yaşlı Sədəf Əsədzadənin ölümü valideynlər arasında bağçalara olan etibarı ciddi şəkildə sarsıdıb. Ekspertin sözlərinə görə, bu hadisə bağçalarda tərbiyəçilərin və müəllimlərin məsuliyyəti, uşaqların təhlükəsizliyinə nəzarətin səviyyəsi, habelə bağçaların ümumi vəziyyəti ilə bağlı ciddi suallar doğurur:

 

“Bağçalarda müəllim və tərbiyəçilərin sayı da tələbata cavab vermir. Hazırda bağçalarda müəllim-tərbiyəçi sayı təxminən 20 min civarındadır, lakin bu, təhsil keyfiyyəti və nəzarət üçün kifayət etməyən bir rəqəmdir. Hər bir müəllim və ya tərbiyəçi onlarla uşağa nəzarət etməyə məcbur qalır, bu da tərbiyəçilərin çox zaman diqqətsizlik etməsinə səbəb olur. Nəticədə, uşaqların təhlükəsizliyi risk altına düşür. Bu risk Sədəf Əsədzadə hadisəsində olduğu kimi, bəzən faciə ilə nəticələnir. Valideynlər bağçalara uşaqlarını əmanət edərkən onların təhlükəsizliyinin təmin ediləcəyini gözləyirlər. Lakin bəzən baş verən hadisələr göstərir ki, bir çox bağçalarda tərbiyəçilərin səhlənkarlığı uşaqların fiziki və psixoloji təhlükəsizliyi baxımından ciddi problemlər yaradır. Təcili tibbi yardımın gecikməsi, uşaqların nəzarətsiz qalması və bəzi hallarda müəllimlərin uşaqlarla kifayət qədər məşğul olmaması bu sahədə ciddi boşluqların olduğuna işarədir”.

Seçilən
0
3
bakuinfo.net

4Mənbələr