Bakı. Trend:
Sentyabrın 27-də “Anım Günü” münasibətilə AzərbaycanRespublikasının Baş Prokurorluğunun rəhbər heyəti paytaxtdayerləşən Zəfər parkında olub.
Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindənbildirilib.
Prokurorluq əməkdaşları Parkdakı xatirə daşının önünə güldəstələri düzərək Vətənimiz uğrunda canlarından keçənşəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.