AZ

Gəncə Dövlət Filarmoniyasının solistləri Naxçıvanda çıxış ediblər (FOTO)

Bakı. Trend:

Naxçıvan şəhəri Heydər Əliyev Sarayında Azərbaycan RespublikasıMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ÜzeyirHacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmliAzərbaycan bəstəkarı, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinəhəsr olunmuş konsert proqramı baş tutub.

Trend xəbərverir ki, konsertdə Gəncə Dövlət Filarmoniyasının solistləri,Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist TuralAbdullayev, Əli Məmmədov, Naxçıvan Dövlət Filarmoniyasınınsolistləri, Əməkdar artist Ruhiyyə Hüseynova, İlkin Abdullayev,Bəhruz Quliyev, Cəfər Tağıyev, İsrafil Qibləliyev, Nərmin HüseynovaRamiz Mirişlinin "Dalğalar", "Naxçıvan təranələri", "Bir könülsındırmışam", "İlhama gəldi", "Səadət", "Sevdalandım yaz gəlincə","Həyat söylə, sən kimsən", "Bu sevdanın yolu uzun", "Vətənimsən","Məşəl kimi yanan ürək" mahnılarını ifa ediblər.

Gecədə ifaçıları bədii rəhbər Cahangir Qurbanov, ElvinƏliyarovun dirijorluğu ilə Naxçıvan Dövlət FilarmoniyasınınSimfonik Orkestri, Əməkdar artist Zeynalabdin Babayevin bədiirəhbərliyi ilə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və RəqsAnsamblı müşayiət ediblər.

Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Seçilən
3
3
az.trend.az

4Mənbələr