AZ

Anım Günü: birlik, zəfər, bütövlüyə gedən yolun başlanğıcı - ANALİZ

Sentyabrın 27-si Azərbaycanda Anım günüdür. Bu gün Azərbaycanın istiqlalı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış hər kəsin anıldığı tarixdir.

Yüz ildən artıqdır Azərbaycan müstəqillik uğrunda mübarizə aparır, bu müddət ərzində torpaqlarını işğaldan, təcavüzdən qoruyub. Təəssüf ki, Azərbaycanın azadlığı, müstəqilliyi ona torpaq itkiləri bahasına başa gəlib.

Tarixi torpaqlarında yaradılan Ermənistan adlı ölkədə yerləşdirilən erməni etnik qrupu saxta, uydurma ideyalar əsasında Azərbaycana ərazi iddiası ilə çıxış edib. Havadarlarının yardımı ilə ermənilər respublikanın torpaqlarının 20 faizini 30 ilə yaxın işğal altında saxlayıb.

20-ci əsrin əvvəlində yaranmış tarixi şərait və böyük güclərin təzyiqi hesabına ovaxtkı cümhuriyyət rəhbərliyi İrəvan xanlığını Azərbaycanın müstəqilliyinə güzəştə gedilməsi hesabına Ermənistan adlı dövlətin yaranmasına icazə verdi. Bu hadisədən ayaqları yer alan ermənilər daha böyük əraziləri işğal etməyə başladılar. Elə onların Azərbaycana saxta torpaq iddialarına görə Cənubi Qafqazın üç müstəqil respublikası – Azərbaycan, Gürcüstan və Ermənistanı Rusiya bolşeviklər adı ilə yenidən işğal etdi.

SSRİ daxilində Moskvanın erməni etnik qrupuna yardımı, onlarla birlikdə fəaliyyəti nəticəsində Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. 1920-1990-cı illərdə Ermənistan vətəndaşı olmuş bütün türklər bu ölkədən qaçmağa məcbur edilib. Təkcə 1988-1989-cu illərdə 300 min Qərbi azərbaycanlının vətəndaşlığı və mülkiyyəti əlindən alınıb.

Anım günü Azərbaycanın bir əsrilik işğal tarixini də yada salır. Bu, İkinci Qarabağ, 44 günlük Vətən müharibəsinin, “Dəmir yumruq” əməliyyatının başladığı gündür.

Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-si səhər saat 06:00-da I Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca əks-hücuma keçdi. Niyə əks-hücum? Çünki bu əməliyyatdan qabaq Ermənistan hərbçiləri atəşkəs rejimini pozmuş, hərbi rəhbərləri yeni əraziləri işğal edəcəklərinə dair açıqlamalar vermişdi. Onlar bildirirdi ki, Azərbaycan Ermənistanın şərtlərini qəbul etməsə, yeni torpaq itkisi ilə barışmalı olacaq, Yevlaxa qədər ərazini itirəcək. Bu, Nikol Paşinyanın başçılıq etdiyi hökumətin sonradan korrupsiyada ittiham olunan müdafiə naziri David Tonoyanın açıqlamalarında da var.

Bununla da indi sülh sazişini imzalamamaq üçün müxtəlif bəhanələr uyduran, özünü sülhsevər kimi beynəlxalq ictimaiyyətə sırıyan rəsmi İrəvan Azərbaycana qarşı ənənəvi işğalçılığı davam etdirirdi. “Dəmir yumruq”lu əks-hücum 1918 -1920, 1988-1994-cü illərdə torpaqların erməni-havadarları işğalından azad edilməsi uğrunda aparılmış müharibənin davamı idi.

Müxtəlif beynəlxalq tədbirlərdə, görüşlərdə hiyləgərcəsinə ancaq sülhdən, əməkdaşlıqdan danışan Nikol Paşinyan torpaqları işğal altında saxlamaq, onu erməniləşdirmək üçün Azərbaycan əsgərinə 44 gün müqavimət göstərə bilib.

Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və Moskvanın təminatı ilə 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə nəticələnən atəşkəsə dair bəyanat qəbul olunub.

Müharibə bitəndən sonra Paşinyan hökuməti Rusiyaya qarşı təbliğat apararaq onu Fransa ilə əvəzləməyə başlayıb. O bildirib ki, bundan sonra Ermənistanın təhlükəsizliyini Rusiyaya etibar edə bilməzlər. Halbuki 2020-ci il noyabrın 8-9-da Paşinyan Putinə 20 dəfəyə, 44 günlük müharibə ərzində isə 60 dəfəyə yaxın zəng edib.

Seçilən
2
5
aznews.az

6Mənbələr