AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib (FOTO)

Bakı. Trend:

Vətən müharibəsinin başlanmasından 4 il ötür.AzərbaycanRespublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiqsərəncamına əsasən, 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeydedilir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Anım Günü ilə əlaqədarSəhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarətediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərəkşəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, Vətənmüharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığımöhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizinəziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda VətənMüharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradılır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffərAzərbaycan Ordusunun şücaəti, xalq və dövlətin birliyi nəticəsindəəldə olunan zəfərə və qəhrəmanlıq salnaməsinə köklənərək,tariximizin ən şərəfli səhifələrindən biri yazılıb. 27 sentyabrzəfərlə nəticələnən 44 günlük Vətən müharibəmizin və uzaq keçmişdənbaşlayan ədalətsiz tarixi prosesi dəyişən ərazi bütövlüyümüzünbərpa edilməsi, suverenliyin tam bərqərar olunması vətorpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açanqürurverici gündür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizəşəfa versin!

Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
6
8
az.trend.az

9Mənbələr