AZ

İnkişaf proqnozdan çox olub: "Kifayət qədər gəlirimiz var"

“Büdcə dövlətimizin imkanlarını əks etdirir. 

Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirirlir”.

Bunu Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır:

“Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək”.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsi həm Qarabağdakı yenidənqurma işlərini öz hesabına aparmağa, həm də xarici borclarını ödməyə imkan verir.

Prezidentin də vurğuladığı kimi Azərbaycan iqtisadi cəhətdən də kifayət qədər güclüdür.

İqtisadçı-ekspert Eyyub Kərimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, gələn il üçün dövlət büdcəsinin 37 milyard manatı ötəcəyi proqnozlaşdırılır:

“Bizim xarici borclarımız ümumi daxili məhsulun 7,5 faizini təşkil edir. Bu da bizim kifayət qədər böyük maliyyə ehtiyatlarımızın olması ilə əlaqəlidir.

Həmçinin, makroiqtisadi göstəricilərimiz də sabitdir. Digər tərəfdən, iqtisadi inkişaf ilin əvvəlindən gözlənilən proqnozlardan çox olub. Belə ki, bu rəqəm 4,3 faizdir.

Qeyri-neft sektorunun payı isə bu gün büdcədə təxminən 70 faizə qədər çatıb. Bu da ölkə iqtisadiyyatının dayanıqlılığının daha çox möhkəmlənməsinə gətirib çıxarır”.

Ekspert diqqətə çatdırıb ki, artıq ölkənin neftdən asılılığından artıq azalması meyilləri yaranıb:

“Bu isə o deməkdir ki, ölkənin qeyri-neft sektorundan da kifayət qədər gəlirləri olacaq. Dünya təcrübəsinə baxanda bizim xarici borcumuzun kifayət qədər aşağı olduğunu görürük.

Çünki bəzi ölkələrdə xarici borc 20-30, hətta inkişaf etmiş ölkələrdə 50 faiz təşkil edir. Bu baxımdan, xarici borcun ödənilməsi iqtisadiyyat üçün elə də təzyiq və ya çətinliklər yaratmır. 

Gələcək iqtisadi inkişafın proqnozları da bunu deməyə əsas verir.

Ümumiyyətlə, xarici ticarət borcunun olması problem deyil. Çünki ölkə iqtisadiyyatı xarici borcu ödəmək imkanı var. Üstəlik, iqtisadiyyatımız getdikcə inkişaf edir, böyüyür, şaxələnir və möhkəmlənir”.

Seçilən
5
cebheinfo.az

1Mənbələr