AZ

Anım günündə xarici jurnalistlər QARABAĞA getdilər

Ölkəmizdə səfərdə olan xarici jurnalistlər bu gün işğaldan azad edilmiş bölgələrə səfər ediblər.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı verib.

O qeyd edib ki, xarici jurnalistlər onların dəvətilə Azərbaycandadırlar. Məqsəd keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı prosesini, eyni zamanda işğaldan azad edilmiş bölgələrdə erməni izini bir daha dünyaya çatdırmaqdır:

"Qonaqlar Macarıstanın ən böyük media qurumlarından olan "Magyar Hirlap" qəzeti və eyni adlı saytın redaktoru Zsolt Sütö Nagy, Bolqarıstanın Dövlət Xəbər Agentliyi, “24 chasa” qəzeti, “Standart” qəzeti, BTV kanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayevdir. Xarici həmkarlarla Bakıda da bir sıra görüşlər keçiriləcək. Onlar sentyabrın 29-da ölkələrinə dönəcəklər".

Qeyd edək ki, xarici jurnalistlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Köçkünlüyə son: məskunlaşma prosesinin xarici mediada təbliği” layihəsi çərçivəsində Azərbaycana dəvət olunublar.

Seçilən
0
14
azpolitika.info

10Mənbələr