AZ

Yanğına görə Xəzər TV-nin binası tam boşaldıldı

Xəbər verdiyimiz kimi, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

Teleqraf.com axar.az-a istinadla xəbər verir ki, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

Həmçinin, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

Xətai rayonu, Süleyman Əhmədov küçəsində, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda baş verən yanğın nəticəsində zəhərlənənlər var.

Bu barədə Xəzər TV-nin əməkdaşı məlumat verib.

“Partlayış boya zavodunda olduğu üçün tüstüdən və kimyəvi maddənin qoxusundan əraziyə yaxınlaşmaq olmur. Əraziyə polis əməkdaşları cəlb olunub. Polislər Xəzər TV-nin əməkdaşlarının hamısını binadan çıxarıblar. Televiziyanın binası tamamilə boşaldılıb. Səbəb isə yanğından dolayı tüstünün binanı bürüməsidir. Kanalın əməkdaşları nəfəs ala bilməyib. Partlayış olan ərazidə zavodun əməkdaşları zəhərlənib. Xəzər TV-nin əməkdaşlarının zəhərlənib-zəhərlənmədiyi ilə bağlı məlumat yoxdur. Ölüm olub-olmadığı da bilinmir, çünki zəhərli maddənin təsirindən əraziyə yaxınlaşa da bilmirlər. Bir neçə dəfə partlayış səsi eşidilib”, - televiziyanın əməkdaşı bildirib.


Müəllif: Teleqraf.com
Seçilən
4
32
teleqraf.com

10Mənbələr