AZ

Anım Günündə xarici jurnalistlər Qarabağa səfər ediblər

Anım

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan xarici jurnalistlər 27 Sentyabr – Anım Günündə işğaldan azad edilmiş bölgələrə gediblər.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

O qeyd edib ki, xarici jurnalistlər Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin dəvəti ilə Azərbaycanda səfərdədirlər. Səfərdə məqsəd keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı prosesini, eyni zamanda işğaldan azad edilmiş bölgələrdə erməni işğalının izini bir daha dünyaya çatdırmaqdır:

“Qonaqlar Macarıstanın ən böyük media qurumlarından olan “Magyar Hirlap” qəzeti və eyni adlı saytın redaktoru Zsolt Sütö Naqi, Bolqarıstanın Dövlət Xəbər Agentliyinin, “24 chasa” qəzetinin, “Standart” qəzetinin, BTV kanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayevdir. Xarici həmkarlarla Bakıda da bir sıra görüşlər keçiriləcək. Onlar sentyabrın 29-da ölkələrinə dönəcəklər”.

Qeyd edək ki, xarici jurnalistlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Köçkünlüyə son: məskunlaşma prosesinin xarici mediada təbliği” layihəsi çərçivəsində Azərbaycana səfərə dəvət olunublar.

 

 

Seçilən
0
14
azertag.az

10Mənbələr