AZ

AFFA hakimi söyən məşqçini 4 oyunluq cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.Az bugünkü toplantıdaI Liqanın III turunda yaşanan qayda pozuntularına görə qəbul olunan intizam tədbirlərini diqqətinizə çatdırır: 

I Liqanın III turu çərçivəsində keçirilən “Cəbrayıl” – “İmişli” və MOİK – “Difai” oyunlarında meydan sahiblərinin, "Karvan" - "Baku Sportinq" matçında isə hər iki komandanın 4 və daha çox üzvü sarı vərəqə aldığı üçün bu klubların hər biri 70 (cəmi 280) manat məbləğində cərimə ediliblər. 
Bundan başqa, MOİK – “Difai” matçında "hərbçilər"in məşqçisi Musa Rəhimov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb ki, İK ona 5 oyun cəza verib, klubu 400 manat cərimələnib. “Difai”ni isə ikinci xəbərdarlıqdan sonra qırmızı vərəqə alan və buna görə 1 oyunluq kənarlaşdırılan Tahir Zeynalovla Sənan Ağayev 100 (hər biri 50) manat ziyana salıb. 
 

Seçilən
1
fanat.az

1Mənbələr