AZ

Xətai rayonunda güclü yanğın: Yola məhdudiyyət tətbiq edildi

"Yanğın Xəzər TV-nin arxasındakı ərazidə baş verib".

Bunu hakimiyyet.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildiriblər.

"Yanan obyektin nə olduğu barədə dəqiq məlumatımız yoxdur. Hazırda ərazidə yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək", - deyə açıqlamada bildirilir.

Əzizə İsmayılova

13:51

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.

hakimiyyet.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

13:48

Bakıda yanğın hadisəsi başlayıb.

hakimiyyet.az-ın məlumatına görə, hadisə Xətai rayonu, NZS qəsəbəsində qeydə alınıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazilriyinə sorğu verilib. Əzizə İsmayılova

Seçilən
7
1
hakimiyyet.az

1Mənbələr