AZ

Stadiona gecikdi və...

Azərbaycan çempionatının II Liqasında xoşagəlməz hadisələr yaşanıb.

İdman.biz xəbər verir ki, “Saatlı-Araz” və “Kür-Araz”ın ev matçlarında qeydə alınan hadisələrə AFFA-nın İntizam Komitəsi hüquqi qiymət verib.

II Liqanın IV turunun “Saatlı-Araz” – “Şahdağ Qusar” oyununda təhlükəsizlik nümayəndəsi stadiona təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydan sahibləri 100 manat cərimə edilib. Həmin matçda Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə də “Saatlı-Araz” komandası 100 manat cərimələnib.

Təcili Tibbi Yardım avtomobili “Kür-Araz” – “Qusar” oyununa da təyin edilmiş vaxtdan gec gəlib. Meydan sahibləri buna görə 100 manat ödəyəcək.

İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr