AZ

Naftalanda 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirildi

27 sentyabr - Anım Günü ilə bağlı Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbir keçirilib.

 

Pravda.az xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ziyalılar, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyəti nümayəndələri iştirak edib. 

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb.

 

Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.

Tarix: 27 Sentyabr 2024, 13:18   
Seçilən
2
16
pravda.az

10Mənbələr