AZ

TƏBİB-dən aparıcının qızının ölümü ilə bağlı AÇIQLAMA

Aparıcı Həmid Əsədzadənin qızının ölümü ilə bağlı detallar üzə çıxıb.

 

OLAY yazır ki, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.

 

TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

 

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Aparıcının yaxınlarından “Qafqazinfo”ya bildirilib ki, uşaq ürəkqüsurlu olub və hadisə qəfil baş verib.

Tarix: 27 Sentyabr 2024, 12:37   
Seçilən
2
8
pravda.az

10Mənbələr