AZ

Rosen Plevneliyev: COP29-da konsensusun və razılaşmanın əldə olunacağına inanıram

Rosen

Nyu-York, 27 sentyabr, AZƏRTAC

COP29-la bağlı Beynəlxalq Məşvərət Komitəsinin üzvü olaraq mən və həmkarlarım nə qədər çox işlərin görüldüyünün şahidiyik. Mən məsələyə optimist yanaşıram və noyabrda konsensusun və razılaşmanın əldə olunacağına inanıram. Biz bunun üçün əlimizdən gələni edəcəyik.

Bunu AZƏRTAC-a açıqlamasında Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev deyib.

Azərbaycanı qlobal konsensus nəticəsində COP29 sədrliyinə seçilməsi münasibətilə təbrik edən sabiq Prezident bildirib: “Ölkələr Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə bağlı tarixi konsensus və razılaşma əldə edə biləcəyinə güvənib. Buna görə Azərbaycan rəhbərliyini də təbrik edirəm. Biz noyabrda bütün dünya liderlərini Azərbaycanda görəcəyik. Bununla yanaşı, icmalar, sosial liderlər, müxtəlif qruplar konsensus əldə etmək məqsədilə Azərbaycanda toplaşacaqlar”.

R.Plevneliyev COP29-a hazırlıqla bağlı Azərbaycanın Xarici İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən xeyli iş görüldüyünü də diqqətə çatdırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Seçilən
4
1
azertag.az

2Mənbələr