AZ

TƏCİLİ: Ermənistanda hərbi toplanış BAŞLADI, 500 km vuran BALLİSTİK raketlər alınır - CANLI

Oktyabrın 15-dən dekabrın 20-dək ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Bu barədə müvafiq qərar sentyabrın 26-da Ermənistan hökumətinin iclasında qəbul edilib. Bildirilir ki, məqsəd hərbi vərdişlərinin artırılması, ehtiyatda olan hərbi qulluqçuların peşə hazırlığı və yenidən hazırlanmasıdır.

Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.

Hazırda Hindistan Ermənistanın “Pralay” raketlərinin tədarükü ilə bağlı müraciətinə baxır. Bu barədə “İndian Defense Research Ving” nəşri yazıb. “İyun ayından Ermənistan “Pralay” raketlərinin tədarükü ilə bağlı Hindistana müraciət edib.

Lakin Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü olduğu üçün Hindistan 300 km və ya daha çox mənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etməlidir. Bu baxımdan, Dehli “Pralay” raketini Ermənistana uyğunlaşdıraraq, onun uçuş məsafəsini azaltmalıdır. Hindistan Ermənistanın “Pralay”ın tədarükü ilə bağlı tələbini qəbul etsə də, saziş hələ bağlanmayıb.

Bununla belə, sövdələşmə tezliklə bağlana bilər, çünki Hindistanın təminatları sürətli razılaşmanın mümkünlüyünə işarə edir”, - nəşr yazır. Qeyd edək ki, “Pralay” kvazi ballistik, qatı yanacaqla işləyən “yer-yer” raketdir. 500 km mənzilə sahibdir.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Polad Mehdiyevlə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Seçilən
1
18
musavat.com

10Mənbələr