AZ

DİN: Ötən gün 85 cinayətin üstü açılıb

DİN:

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 149 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 43 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Seçilən
0
35
azertag.az

10Mənbələr