AZ

Avropa Liqası: "Qarabağ"ın avtobusu tıxaca düşdü, oyunun vaxtı dəyişdi

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda bu gün İngiltərədə keçiriləcək “Tottenhem” - “Qarabağ” matçı gec başlayacaq.

Sportnet.az xəbər verir ki, buna Ağdam təmsilçisini aparan avtobusun tıxaca düşməsi səbəb olub.

Matçın hansı saatda başlayacağı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, "Tottenhem Hotspur" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürməli idi.


Seçilən
1
3
sportnet.az

4Mənbələr