AZ

İsrail ABŞ-dan 8,7 milyard dollar alacaq

İsrail ABŞ-dan 8,7 milyard dollar alacaq

İsrail “hərbi səyləri dəstəkləmək üçün” Vaşinqtondan 8,7 milyard dollarlıq yardım paketi alacaq. AFN.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb."İsrailin müdafiə məsələləri üzrə baş direktoru Eyal Zamir Vaşinqtonda İsrailin davam edən hərbi səylərini dəstəkləmək üçün ABŞ-ın 8,7 milyard dollar dəyərində əhəmiyyətli yardım paketi ilə bağlı danışıqları yekunlaşdırıb", - deyə bəyanatda deyilir.Mətbuat xidmətinin məlumatında qeyd olunub ki, yardım paketinə əsas hərbi satınalmalar üçün 3,5 milyard dollar, dəmir günbəz və Davids Sling də daxil olmaqla hava hücumundan müdafiə sistemləri, eləcə də qabaqcıl lazer sistemi üçün 5,2 milyard dollar daxildir.

Seçilən
8
4
afn.az

10Mənbələr