AZ

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edildi

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını yenidən genişləndirərək daha iki şirkət və qazın nəqli üçün nəzərdə tutulan beş gəmini siyahıya əlavə edib.

Demokrat.az
xəbər verir ki, bu barədə siyahının yenilənmiş variantı Böyük Britaniyanın Maliyyə Nazirliyinin saytında dərc olunub.

Məlumata görə, sanksiyalar “Ocean Speedstar” və “White Fox Ship Management FZCO” idarəedici şirkətlərinə tətbiq edilib. Bildirilir ki, məhdudiyyətlərin şamil olunduğu gəmilər arasında “Asya Energy”, “Pioneer”, “North Sky”, “SCF La Perouse” və “Nova Energy” var.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
0
5
demokrat.az

7Mənbələr