AZ

Qubada bədii gimnastika üzrə "Grace of Nature" yarışına yekun vurulub

Quba, 26 sentyabr, AZƏRTAC

Quba şəhərində təşkil olunan bədii gimnastika üzrə"Grace of Nature" yarışına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində üç gün davam edən yarışda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunub. Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış ediblər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla mübarizə aparıblar. Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak ediblər.

Qeyd edək ki, "Grace of nature" turnirində paytaxt Bakı ilə yanaşı, 17 bölgədən olan bədii gimnastlar mübarizə aparıblar.

Seçilən
1
4
azertag.az

10Mənbələr