AZ

Mərkəzi Bank: 2024-cü ildə bankların kredit portfelində təmərküzləşmə artıb

2023-cü ilin sonu ilə müqayisədə aktivlər və depozitlər üzrə təmərküzləşmədə nəzərəçarpan dəyişiklik olmasa da, kredit portfeli üzrə təmərküzləşmə artıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü ilin I yarımili üzrə Maliyyə sabitliyi hesabatında qeyd edilir.

Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI* indeksinə əsasən cari ilin ilk yarımilində kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 49 vahid artaraq 1196 təşkil etmişdir. AMB bu hesablamada üç ən iri bankı müqayisə edib.

Aktivlər və depozitlər üzrə HHI indeksində əhəmiyyətli dəyişiklik olmasa da, bu göstərici müvafiq olaraq 1484 və 1604-ə bərabərdir ki, bu da təmərküzləşmənin yüksək olduğunu əks etdirir.

3242342

HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (15002500). HHİ-in dəyəri 0-10000 arasında dəyişir.
Seçilən
4
47
banker.az

10Mənbələr