AZ

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

28 sentyabr 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsilə kəsişməyədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.

Banker.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Seçilən
2
36
banker.az

10Mənbələr