AZ

"Rusiya nüvə doktrinasını dəyişib və indi qeyri-nüvə dövlətinə nüvə zərbəsi endirə bilər" - Kremlin mətbuat xidməti

 
"Nüvə şantajından başqa Rusiyanın heç nəyi yoxdur, bu, qorxudan yaranan vahimədir..."
 
Rusiya Ukraynaya zərbələri "qanuniləşdirmək" üçün nüvə doktrinasını yeniləyib
 
Rusiya özünün nüvə çəkindirməsi doktrinasına dəyişikliklər edib. İndi qeyri-nüvə dövlətinə, məsələn, dronlar hücumuna görə nüvə zərbəsi endirə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya diktatoru Vladlmir Putin "nüvə çəkindirməsi" üzrə müşavirədə bəyan edib. Məlumatı "euronews.com" nəşri yayıb.
 
Belə ki, Putin məlumat verib ki, dünyada hərbi-siyasi vəziyyət dəyişir və Rusiya üçün yeni təhlükələr və risklər yaradır, bununla əlaqədar olaraq Rusiya "Nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin Əsasları"nı yeniləyir. Bu sənəddə Rusiyanın nüvə strategiyası rəsmən müəyyən edilib və detallaşdırılıb.
 
Nüvə çəkindirməsi şamil edilən dövlət və hərbi ittifaqlar kateqoriyası genişləndirilib, neytrallaşdırılması üçün  nüvə çəkindirməsi tədbirləri icra edilən hərbi təhlükələr siyahısına əlavələr edilib.
 
Putin o cümlədən aşağıdakı yenilikləri səsləndirib:
 
- Rusiyaya qarşı istənilən qeyri-nüvə dövləti tərəfindən, amma nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə təcavüzünə onların Rusiya Federasiyasına birgə hücumu kimi baxılacaq;
 
- Rusiya Federasiyası "hərbi-kosmik hücum vasitələrinin" (strateji və taktiki aviasiya təyyarələri, qanadlı raketlər, dronlar, hipersəsli və digər uçuş aparatları) güclü startı və onların Rusiyanın sərhəddini keçməsi barədə həqiqi məlumat əldə edərsə, nüvə silahından istifadə edə bilər;
 
- Rusiya Federasiyası Belarusa qarşı təcavüz zamanı nüvə silahını tətbiq edə bilər;
 
- Rusiya Federasiyası düşmənin adı qeyri-nüvə silahından istifadə edərək Rusiyanın suverenliyinə kritik təhlükə törədərsə, nüvə silahını tətbiq edə bilər.
 
Ukrayna Rusiyanın öz nüvə doktrinasının dəyişməsinə münasibət bildirib.
 
"Nüvə şantajından savayı Rusiyanın dünyanı qorxutmaq üçün heç nəyi yoxdur", - bunu Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bəyan edib və deyib ki, bu alətlər işləməyəcək.
 
Глава офиса президента Андрей Ермак, Ермак Ядерный шантаж РФ, Ермак ядерное оружие РФ, ядерная доктрина РФ, Путин ядерная доктрина, Путин ядерный шантаж
 
Putinin nüvə şantajı Rusiyanı strateji silah anbarlarından məhrum edən, terroru davam etmək imkanlarına zərər vuran Ukrayna silahı qarşısında qorxudan irəli gəlir. 
 
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Müqavimət Mərkəzinin rəhbəri Andrey Kovalenko bəyan edib. "Bu, qorxudan yaranan vahimədir, başqa heç nə", - o, qeyd edib.
 
Kovalenko əlavə edib ki, nüvə doktrinasının yenilənməsi və təhdidlərdən öncə "Sarmat" qitələrarası raketin uğurlu sınaqları baş tutmalı idi, "amma o, uça bilmədi".
Seçilən
4
11
moderator.az

10Mənbələr