AZ

Yaxın saatlarda İsrail və "Hizbullah" arasında atəşkəs elan ediləcək

Yaxın saatlarda İsrail və Livanın "Hizbullah" hərəkatı arasında atəşkəs elan edilməlidir.Gundemxeber.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı ABŞ rəsmilərinə istinadən məlumat verib.Atəşkəs 21 gün müddətinə müəyyən ediləcək."Bu müddət ərzində tərəflər 8 oktyabrda "Hizbullah"ın İsrailə hücumu ilə başlayan münaqişənin dayandırılması və sərhədin hər iki tərəfindəki sakinlərin evlərinə qayıtmasına imkan verəcək razılaşmanın əldə edilməsi üçün danışıqlar aparacaqlar", - mənbə bildirib.Şimal sərhədindəki atəşkəs Qəzzada atəşkəslə əlaqələndirilməyəcək, lakin İsrail və "Hizbullah" arasında hərbi əməliyyatlarda fasilənin Qəzza üzrə danışıqlarda irəliləyiş üçün şərait yaradacağına ümid edilir.BMT Təhlükəsizlik Şurasının Livan üzrə fövqəladə iclasının nəticələrinə əsasən, ABŞ və müttəfiq ölkələrin Ağ Ev tərəfindən yayılan birgə bəyanatında 21 gün müddətinə dərhal atəşkəsə çağırış edilir və Qəzzada atəşkəsə dəstək ifadə olunur.Gundemxeber.az

Seçilən
3
7
gundemxeber.az

10Mənbələr