AZ

Ərkivanda 27 sentyabr - Anım Günü qeyd edildi - FOTOLAR

Masallı rayonunun Ərkivan qəsəbəsində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.Asiya.az xəbər verir ki, qəsəbənin “Şəhidlər parkı”-ında baş tutan tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb. Tədbir iştirakçıları “Şəhidlər parkı”nda ucaldılan abidə kompleksinin önünə gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları Şəhidlərin dəfn edildiyi məzarlıqda bu gün doğum günü qeyd edilən Vətən müharibəsi şəhidi Sənan Seyfullayevin məzarını ziyarət ediblər. Çıxış edən şəhid ailələri, din xadimləri, media nümayəndələri Sənan və digər şəhidlərimizin qəhrəmanlıqlarından danışıb, onların həyat yoluna nəzər salıblar.

Seçilən
6
asiya.az

1Mənbələr