AZ

Buludlu bir payız günü...

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımada­sında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. La­kin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısa­müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə mətbuata Milli Hidrome­teorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nis­bi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağa­cağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarak­terli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Q.QASIMOV
XQ

Seçilən
4
13
xalqqazeti.az

10Mənbələr