AZ

“Abşeron”da növbəti amerikalı basketbolçu - RƏSMİ

“Abşeron” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

Prosport.Az xəbər verir ki, 196 santimetr boya malik amerikalı Aubri Makalpaynla mövsümün sonuna qədər müqavilə imzalanıb.

O, ötən mövsümü də ölkəmizdə keçirib. Basketbolçu "Naxçıvan"da (əvvəlki "Xəzri") çıxış edib.

Xatırladaq ki, buna qədər "Abşeron" amerikalı basketbolçular Sedrik Conson, Jaja Deyvis, Lari Robinson, Calen Şou, Villiam Cenkins, yerli basketbolçulardan isə Hüseyn Məmmədov, Azər İbrahimov və İsmayıl Abdullayevi transfer edib. Ötən mövsüm komandanın (köhnə adı ilə "Xırdalan") şərəfini qorumuş Nəcəf Babayev və Elçin Salmanzadə ilə isə müqavilənin müddəti daha bir il artırılıb.

Seçilən
0
10
prosport.az

10Mənbələr