AZ

Ançelotti La Liqada yeni rekorda imza atdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatında 44 ildən sonra yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, 65 yaşlı mütəxəssis bunu La Liqanın VII turunda "Alaves"ə qalib gəlməklə (3:2) əldə edib.
 
Ançelotti paytaxt təmsilçisi ilə çempionatda ardıcıl 39 matçda uduzmayıb.
 
Qeyd edək ki, "Real"ın hazırkı uğuru La Liqa tarixində ikinci ən uzun seriyadır. "Barselona" 2017-2018-ci illərdə 43 görüşdə məğlub olmayıb. Həmin müddətdə komandada Luis Enrike və Ernesto Valverde baş məşqçi işləyiblər.

Seçilən
1
7
sport24.az

8Mənbələr