“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Qolkiper ölkəsinin əsas komandasının Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Kişinyovda Andorra, 3 gün sonra səfərdə Malta ilə keçirəcəyi matçlar üçün nəzərdə tutulan heyətində yer alıb.