AZ

Qubada bədii gimnastika üzrə "Grace of Nature" turniri davam edir

Bakı. Trend:

Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace ofNature" turniri ikinci gününə davam edir.

Trend-inməlumatına görə, 3 gün davam edəcək yarışlarda fərdi proqramlar vəqrup hərəkətləri üzrə qaliblər müəyyən olunacaq.

Yarışda 26 klubdan 255 idmançı iştirak edir.

Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar(2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü iltəvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaşkateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdialətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlərüzrə proqramla çıxış edəcəklər.

Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirakedəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature"turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək vətəcrübə qazanmaq üçün əla fürsət yaradır!
"Grace of Nature" turnirinə sentyabrın 26-sı yekun vurulacaq.

Məqalədə:
Seçilən
5
2
az.trend.az

10Mənbələr