AZ

17 yaşlı qızı maşın vurdu

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 17 yaşlı yeniyetmə qız xəsarət alıb.

 

AzEdu.az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

 

Belə ki, qəza zamanı 72-BE-972 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 67-BE-491 dövlət nömrəli nişanlı "NAZ-Lifan" markalı avtomobil və 67-BC-655 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində Babək rayon Kültəpə kənd sakini, 2007-ci il təvəllüdlü Əliyeva Aysun Namiq qızı xəsarət alıb.

 

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
32
azedu.az

10Mənbələr