AZ

Şəmsəddin Xanbabayev Xaçmazdakı obyektini satdı: REKORD QİYMƏT – VİDEO

Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev Xaçmaz şəhərində yerləşən obyektini satıb.

“7Times.az” xəbər verir ki,Xaçmaz şəhərinin giriş hissəsində,Xaçmaz-Xudat yolunun sağ kənarında yerləşən 3 mərtəbəli həmin iaşə obyektinin tikili altında olan ümumi ərazisi 1000 kv/metr-dən çoxdur.Uzun müddət ”Şimal MALL”ticarət mərkəzi adı altında fəaliyyət göstərən obyektin 1 milyon manata satıldığı bildirilir.

“7Times.az”-ın əldə etdiyi məlumata görə obyekt “MEQASTORİ” mağazalar şəbəkəsinə satılıb və yaxın günlərdə həmin ərazidə sözügedən mağazalar şəbəkəsinin növbəti mağaza filialı fəaliyyətə başlayacaq.

Qeyd edək ki,həmin obyekt Şəmsəddin Xanbabayevin Xaçmaz RİH-nin başçısı olduğu dövrdə inşa edilib.

Video Oynadıcı


Seçilən
2
8
azia.az

9Mənbələr