AZ

Biləsuvardakı qəzada ölənlərdən 2-si hərbçi imiş – DETALLAR

Xəbər verdiyimiz kimi, Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi "Vaz 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi "Man" markalı yük avtomobili toqquşub. 

Bizim.Media xəbər verir ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev dünyasını dəyişib. 
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda toydan qayıdan maşın QƏZAYA UĞRADI - 5 nəfər həyatını itirdi - FOTO/VİDEO


Ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir. Onların adlarını təqdim edirik: 

Hüseynov Pərviz Allahşükür (1994), Hüseynova Xoşbəxt Arif qızı (1991), İsmayılova Mehriban Hüseyn qızı (1955), Hüseynova Aidə Yasər (1990) və İsayev Vasif Əkbər oğlu (1995) 

Qeyd edək ki, ölən kişilər Azərbaycan Ordusunun hərbi qulluqçularıdırlar. Xoşbəxt xanım isə bu gün toyu planlaşdırılan bəyin bacısıdır. Dünyasını dəyişənlər yaxın qohum olublar. 

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
0
1
bizim.media

2Mənbələr