AZ

Azərbaycanda toy karvanı qəzaya düşdü, 5 nəfər öldü

Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundae-huquq.az-a bildirilib ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev ölüb.

Araşdırma aparılır.

Məlumata görə, ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Seçilən
11
1
e-huquq.az

10Mənbələr