AZ

Biləsuvarda toy karvanında qəza: 5 nəfər öldü - VİDEO

Biləsuvarda ağır yol qəzası olub.
 
Moderator.az xəbər verir ki, Bəhrəmtəpə-Biləsuvar yolunda "Lada-012"markalı minik avtomobili "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.
 
Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.
 
İlkin məlumata görə, qəzada ölənlər Cəlilabadad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.
 
Faktla bağlı araşdırma aparılır. /APA/

Seçilən
13
13
moderator.az

10Mənbələr