AZ

Bu ərazilərdə külək güclənəcək

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Naxçıvan, Ordubad, Culfa, Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustan, Göygöl, Gəncə, Samux, Goranboy, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Qax, Balakən, Şəki, Zaqatalada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Seçilən
11
49
qafqazinfo.az

10Mənbələr