AZ

XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları sentyabrın 24-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, iştirakçılar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, xatirəsi ehtiramla anılıb.

Tədbir iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi XV Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırğızıstan, İraq, Pakistan, Əlcəzair, Mozambik və Konqodan 30-a yaxın tələbə iştirak edir.

Oktyabrın 1-dək davam edəcək Multikulturalizm Məktəbi Bakı şəhəri ilə yanaşı, Şuşa, Laçın və Ağdam rayonlarında da fəaliyyət göstərəcək. İştirakçılar Şuşa, Laçın və Ağdam şəhərlərinə səfər edəcək, Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədəni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Mənbə: AZƏRTAC

Seçilən
3
1
ilk.az

2Mənbələr