AZ

Keçmiş məhkumdan 5 kiloqram marixuana aşkarlanıb - DİN məlumat yaydı

Image

Narkotik vasitələrin alqı-satqısını təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədəli Məmmədov Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mətbuata bildirilib ki, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb. M.Məmmədov ifadəsində marixuananı İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyini və satışını təşkil etmək üçün yaşadığı Bərdə rayonuna gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Mətləb






Seçilən
8
22
baki-xeber.com

10Mənbələr