AZ

“İnternat Məzunlarının Biznes Emalatxanası” layihəsi çərçivəsində növbəti tədbir keçirilib 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Könül Evi Aztəminatlı Ailələrə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “İnternat Məzunlarının Biznes Emalatxanası” adlı layihə çərçivəsində dördüncü tədbir keçirilib. 

Peşəkar psixoloqun iştirakı ilə keçirilən bu tədbirdə internat məzunlarının sosial adaptasiya proqramından danışılıb. 

Qeyd edək ki, layihənin əsas məqsədi internat məzunlarının karyera və sahibkarlıq imkanlarını genişləndirməkdir. Layihə rəhbəri Rüxsarə Axundovadır. 

Təşkilat sədri Rüxsarə Axundova QHT.az -a bildirb ki, layihənin əsas məqsədi aşağıdakılardır: 

- Cəmiyyətin həssas təbəqəsi olan internat məktəbi məzunlarının, xüsusilə həbsxanadan yeni çıxmış və ya insan alverinin qurbanı olmuş şəxslərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və öz icmalarının inkişaf etdirilməsi.

- İnternat məzunlarına sahibkarlıq fəaliyyətində dəstək göstərərək, onların cəmiyyətə sahibkar kimi inteqrasiyasına və məşğulluq problemlərinin həllinə yönəlmiş həm nəzəri, həm də praktiki dəstəyin verilməsi.

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq və sosial adaptasiya mövzularında təlimlər keçiriləcək. Bundan əlavə, 10 nəfər üçün biznes plan hazırlanacaq və özünüməşğulluq proqramına müraciətlər ediləcək. Eyni zamanda sahibkarlıqla bağlı keçirilən konsultasiyalar vasitəsilə iştirakçılar Dünya Bankı, Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq imkanları barədə məlumatlandırılacaq, xüsusi müraciət formaları hazırlanacaq və təqdim ediləcək.

Seçilən
18
3
qht.az

4Mənbələr