AZ

Xəzərin sahilboyu ərazilərində torpaqlardan istifadə vəziyyəti yoxlanılır

2024-cü ilin birinci yarımilliyi ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8.410 monitorinq həyata keçirilib və 3.104 pozuntu halı aşkar edilib.

Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə aşkar edilən pozuntu hallarından 5-i Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı olub.

Müəyyən edilən pozuntu halları üzrə aidiyyəti sənədlər tədbir görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib.

Torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların səmərəsiz istifadəsinə və özbaşına zəbt olunmasına qarşı nəzarət tədbirləri həyata keçirir.

Xidmət tərəfindən ölkə ərazisində torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları, o cümlədən Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı monitorinqlər aparılır. 

Qeyd edək ki, Torpaq Məcəlləsinin tələblərinə əsasən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında yerləşən torpaq sahələri dövlətin müstəsna mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz.

 Yalnız dövlət məqsədləri üçün Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Torpaq Məcəlləsinə əsasən istifadəyə və ya icarəyə verilən torpaq sahələri İqtisadiyyat Nazirliyinin Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.

Seçilən
20
29
modern.az

10Mənbələr