AZ

Ağ Ev “dördlük”dən narahatdır

ABŞ Rusiya, İran, Çin və Şimali Koreya arasında əlaqələrin dərinləşməsindən narahatdır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Nəşron qeyd etdiyi kimi, Vaşinqton və onun müttəfiqləri Qərbin sərt sanksiyalarına baxmayaraq, bu ölkələrin Amerikanın dünya səhnəsində hökmranlığına meydan oxumaq üçün əməkdaşlığı artırdıqları “sürət və intensivlikdən” narahatdırlar.

“ABŞ-ın təsiri zəifləyir və çox sürətlə zəifləyir. Yüksələn güclər çoxtərəfli məkanda özlərini təsdiq etmək istəyirlər”, - deyə Keniyanın BMT-dəki keçmiş daimi nümayəndəsi və Nyu-York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Martin Kimani deyib.

“Bloomberg” qeyd edir ki, Vaşinqton İsraili radikal Fələstinin HƏMAS hərəkatı ilə atəşi dayandırmaq üçün razılıq əldə etməyə razı sala bilmir və ABŞ-nin rəhbərlik etdiyi koalisiya Yəmənin üsyançı “Ənsar Allah” hərəkatını (Husilər) Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmağa məcbur edə bilməyib. 

“Bloomberg” əlavə edib ki, Çin və Rusiya təsirlərini artırdıqca, Afrikada amerikalılar bazalarından sıxışdırılıb.

Seçilən
0
5
cebheinfo.az

6Mənbələr