AZ

Karateçilərimiz beynəlxalq yarışda qızıl və gümüş medallar qazandılar

Sentyabrın 20-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdə karate üzrə beynəlxalq turnir keçirilir.

Bu barədə Teleqraf.com-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.

Mötəbər turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl medal, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova isə gümüş medal qazanıb.

Qeyd edək ki, şəxsi kumite yarışlarına dünən start verilib.


Müəllif: Teleqraf.com
Seçilən
6
8
teleqraf.com

10Mənbələr